Sosialmedia.az

Google xidmətlərində qlobal problem yaşanıb

4 sentyabr 2025-ci il tarixində Google-un bütün əsas xidmətlərində — Chrome, Gmail, Google Meet, Google Drive və digərlərində genişmiqyaslı nasazlıq qeydə alınıb.

Sosialmedia.az xəbər verir ki, Downdetector platformasında istifadəçilər saytlara giriş, avtorizasiya, mobil tətbiqlər və axtarış sistemi ilə bağlı çətinliklər barədə çoxsaylı şikayətlər ediblər. Problem ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya, Rusiya və digər ölkələrdə müşahidə olunub.

Hazırda nasazlığın səbəbləri rəsmi açıqlanmayıb. Mütəxəssislər bunu serverlərin yüklənməsi, texniki yeniləmələr və ya infrastruktur mərkəzlərində yaranmış problemlərlə əlaqələndirirlər.

Hadisə milyonlarla istifadəçini əhatə edib və Google-un yaxın zamanda problemi aradan qaldıracağı gözlənilir.

24 views