Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Azərbaycan Dəmir Yolları” QSC (ADY) Zəfər Günü ilə əlaqədar 8, 9, 10 və 11 noyabrda Bakı-Ağstafa-Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edib.

Sosialmedia.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb:

“Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilərsiniz. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar”

221 views