Sosialmedia.az

Sumqayıt bağçalarında “dövlət + valideyn” modeli: kim nə qədər ödəyəcək?

Xəbər verdiyimiz kimi, Sumqayıtda fəaliyyət göstərən bir neçə özəl məktəbəqədər təhsil müəssisəsinin ödənişinin bir hissəsini dövlət edəcək.

Sosialmedia.az həmin bağçaların siyahısını və ödəniş məbləğlərini təqdim edir:

1.”Pöhrə körpələr evi-uşaq bağçası” MMC – Sumqayıt şəhəri, Z. Hacıyev küçəsi 174  

  1. Ümumi ödəniş – 350,00 ₼
  2. Dövlət – 250,00 ₼
  3. Valideyn – 100,00 ₼

2. “Ləma uşaq bağçası” MMC – Sumqayıt, 10-cu mikrorayon, 59

  1. Ümumi ödəniş – 400,00 ₼
  2. Dövlət – 250,00 ₼
  3. Valideyn – 150,00 ₼

3. “İsminur körpələr evi-uşaq bağçası” MMC – Sumqayıt, Bakı küçəsi 195, M1, mənzil 5

  1. Ümumi ödəniş – 350,00 ₼
  2. Dövlət – 250,00 ₼
  3. Valideyn – 100,00 ₼

4. “Şirin Arılar uşaq bağçası” MMC – Sumqayıt, Bulvar küçəsi, giriş 157A

  1. Ümumi ödəniş – 500,00 ₼
  2. Dövlət – 250,00 ₼
  3. Valideyn – 250,00 ₼

5.”Kaspi-kids” MMC (Sumqayıt filialı) – Sumqayıt, Gənclik küçəsi 136

  1. Ümumi ödəniş – 450,00 ₼
  2. Dövlət – 250,00 ₼
  3. Valideyn – 200,00 ₼

Bundan əlavə, Elm və Təhsil Nazirliyi valideynlərə müraciət edib:

“Nəzərinizə çatdırırıq ki, qrant müqavilələrinin icrası başlandıqdan sonra müvafiq cədvəldə göstərilən ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödənişlərin tələb olunmasına yol verilməyəcək.

Valideynlər müvafiq cədvəldə qeyd edilmiş təhsil haqlarından kənar hər hansı ödəniş tələbi ilə üzləşildiyi halda, Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə məlumat verə bilərlər.

Vurğulayırıq ki, qrant müsabiqəsi üzrə bütün məlumatların tam şəffaflıqla ictimaiyyətə təqdim edilməsi davam etdiriləcək”, – məlumatda qeyd olunub.

500 views