Sosialmedia.az

İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

İsrail ABŞ və İran arasında mümkün danışıqlarda birbaşa iştirak etmir.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Semafor” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlarda ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşner iştirak edir, zərurət yaranacağı halda vitse-prezident Cey Di Vens də prosesə qoşula bilər.

Bildirilib ki, İsrail bu prosesdə iştirak etməsə də, Vaşinqtondan müvafiq məlumatlar alır.

177 views