Azərbaycan kubokunda ilk finalçı bəlli olacaq

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk cavab oyunu keçiriləcək.

 

 

 

Sosialmədia.az xəbər verir ki, ilk finalçının adına “Zirə” – “Turan Tovuz” matçında aydınlıq gələcək.

 

Zirə ilk oyunda 2:0 hesablı qələbəyə sevinib. Digər finalçının adına sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək.

 

Azərbaycan Kuboku Yarımfinalın cavab oyunu

 

21 aprel “Zirə” – “Turan Tovuz”

 

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.

 

Zirə İdman Kompleksinin stadionu, 19:00.

 

İlk oyun – 2:0

177 views