Yoğun bağırsaq xərçəngi gənclərdə artır: 20–50 yaş qrupu risk altında

Yoğun bağırsaq xərçəngi artıq yalnız yaşlılarda görülən xəstəlik deyil. Son illərdə xüsusilə 20–50 yaş aralığında rastgəlmə hallarının artması həkimləri narahat edir.

 

Sosialmedia.az xarici mediaya istinadən bildirir ki, Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasının Tibbi Onkologiya Mütəxəssisi Prof. Dr. Özcan Yıldızın açıqlamasına görə, erkən əlamətlər çox vaxt hemoroid kimi səhv qiymətləndirilir və bu, diaqnozun gecikməsinə səbəb olur.

 

Erkən əlamətlər nələrdir? Mütəxəssislər aşağıdakı simptomlara diqqət çəkir:

 

Bağırsaq vərdişlərində dəyişiklik

Uzunmüddətli qəbizlik

Nəcisin incəlməsi

Defekasiya zamanı ağrı və qanaxma

Natamam boşalma hissi

 

Həkimlər bildirirlər ki, bu əlamətlər bəzən hemoroidlə qarışdırılsa da, uzun müddət davam edirsə, ciddi yoxlanış tələb olunur.

 

Xəstəlik irəlilədikcə simptomlar daha da ağırlaşa bilər:

 

Şiddətli ağrı

Defekasiyada ciddi çətinlik

Çəki itkisi

Gündəlik həyatda oturmaqda belə çətinlik

 

Mütəxəssislər vurğulayır ki, bu mərhələdə müalicə daha çətinləşir. Erkən diaqnoz həyati önəmlidir.

Həkimlər kolonoskopiya kimi skrininq müayinələrinin xəstəliyi erkən mərhələdə aşkar etməyə imkan verdiyini bildirir. Erkən diaqnoz isə sağalma şansını ciddi şəkildə artırır.

 

Prof. Dr. Özcan Yıldızın sözlərinə görə, “Mən gəncəm, mənə olmaz” düşüncəsi yanlışdır və xüsusilə ailəsində bu xəstəlik olan şəxslər daha diqqətli olmalıdır

154 views