Sosialmedia.az

Mənzil əlçatanlığı ilə bağlı heç kəs kənarda qalmamalıdır – Koldo Kasla

“Bu sahədə əsas prinsiplərdən biri ayrı-seçkiliyin olmamasıdır. Mənzil əlçatanlığı ilə bağlı heç kəs kənarda qalmamalıdır, xüsusilə risk altında olan qruplara xüsusi diqqət yetirilməlidir”.

Sosialmedia.az xəbər verir ki, bu fikirləri BMT-nin Mənzil Hüququ üzrə xüsusi məruzəçisi Koldo Kasla Ümumdünya Şəhərsalma Forumunun üçüncü günündə “Qlobal Mənzil Böhranı: Plan Nədir? adlı panel müzakirələrdə çıxışı zamanı deyib.

Xüsusi məruzəçi vurğulayıb ki, dövlətlər sosial hüquqları, o cümlədən mənzil hüquqlarını təmin etmək üçün maksimum resursları səfərbər etməlidirlər:

“Bu istiqamətdə geri addım atmaq olmaz. Əldə olunmuş nailiyyətlərlə irəliləmək vacibdir. Mənzil hüququnun pozulması ilə bağlı hər kəs BMT-yə müraciət edə bilər. Mən və komandam bu müraciətləri araşdırır və prosesi izləyirik”, – deyə Koslo Kaslo qeyd edib.

136 views