Bu il iyunun 1-nə Azərbaycanda pul bazası 24 milyard 105,6 milyon manat təşkil edib.
Sosialmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bu, mayın 1-i ilə müqayisədə 3,4 % çoxdur.
Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,3 %, son 1 ildə isə 16,85 % artıb.
132 views
