Sosialmedia.az

Vitamin D çatışmazlığının əlamətləri

Vitamin D çatışmazlığının əsas əlamətləri və orqanizmə təsiri ilə bağlı mütəxəssislər məlumat yayıb.

Sosialmedia.az xəbər verir ki, “Cleveland Clinic “və digər beynəlxalq tibbi qurumların məlumatlarına əsasən, Vitamin D çatışmazlığı çox hallarda gizli şəkildə inkişaf etsə də, bəzi hallarda müəyyən əlamətlərlə özünü göstərə bilər. Mütəxəssislərin bildirdiyinə görə, vitamin D çatışmazlığının əsas əlamətləri arasında yorğunluq, əzələ zəifliyi, sümük və bel ağrıları, tez-tez xəstələnmə və əhval-ruhiyyədə dəyişikliklər yer alır. Bəzi hallarda isə bu vəziyyət uzun müddət simptom verməyə bilər.

Araşdırmalara əsasən, vitamin D bədəndə kalsium və fosforun mənimsənilməsində mühüm rol oynayır. Onun çatışmazlığı sümüklərin zəifləməsinə, osteomalasiya və uşaqlarda raxit kimi ciddi problemlərə səbəb ola bilər.

Mütəxəssislər düzgün qidalanma və günəş işığından faydalanmağın bu çatışmazlığın qarşısının alınmasında mühüm rol oynadığını vurğulayır.

 

193 views