Sosialmedia.az

Azərbaycanın akrobatları dünya kuboku seriyasının qalibi oldular

Azərbaycanın akrobatika gimnastikası üzrə qadın qrupu – Anahita Başiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidova dünya kuboku seriyasının qalibi adını qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından Sosialmedia.az-a verilən məlumata görə, idmançılarımız bu möhtəşəm uğura mövsüm ərzində nümayiş etdirdikləri yüksək və stabil çıxışları sayəsində imza atıblar.

Beləliklə, gimnastlarımız beynəlxalq yarışda ölkəmizi layiqincə təmsil edərək zirvədə qərarlaşıblar.

148 views