Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir.
Sosialmedia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək.
174 views
