Sosialmedia.az

Avqustun 20-də qaz kəsiləcək – Bu ərazilərdə

Sabah Astara rayonunun üç kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Sosialmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan işlər yekunlaşanadək Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

233 views