Türkiyədə dolların məzənnəsi tarixi rekordunu yeniləyib. Türk lirəsinin ABŞ dolları qarşısında dəyər itirməsi davam edərkən, dollar/TL məzənnəsi 48 lirə həddini keçib.
Sosialmedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının müdaxilələrinə baxmayaraq, valyuta bazarında dolların bahalaşması sürətlənib.
Məlumata görə, ötən gün 47,95 lirə olan dollar/TL məzənnəsi yeni günə 48,05 lirədən başlayıb. Səhər saatlarında isə dollar 48,06 lirə səviyyəsində qeydə alınıb.
Qlobal bazarlarda dollar indeksinin zəifləməsinə baxmayaraq, türk lirəsinin ucuzlaşması davam edib. Həmçinin həftəlik svop əməliyyatlarından sonra lirədəki dəyər itkisinın sürətləndiyi bildirilib.
Avronun məzənnəsində də artım qeydə alınıb. Avro/dollar pariteti 1,1693 səviyyəsinə çataraq son dövrün ən yüksək göstəricilərindən birini göstərib. Avro/TL məzənnəsi isə ötən gün 56,28 lirəyə çataraq yeni rekord müəyyənləşdirib və həmin səviyyəyə yaxın qalıb
208 views
