.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bu ilin yanvar-avqust aylarında gəlirləri 5 milyard 712 milyon manat təşkil edib.
Sosialmedia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Fondun gəlirləri proqnozla müqayisədə 264 milyon manat və ya 5 faiz çox olub.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da artıb. Belə ki, bu istiqamətdə daxilolmalar proqnoza nisbətən 265 milyon manat və ya 6 faiz artaraq 4 milyard 559 milyon manata çatıb.
Yanvar-avqust aylarında DSMF-nin xərcləri isə 5 milyard 494 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 490 milyon manat və ya 10 faiz çoxdur.
163 views
