Sosialmedia.az

Azərbaycan Qran-prisində 3-cü sərbəst yürüş başladı

“Formula 1” üzrə Azərbaycan Qran-prisində 3-cü sərbəst yürüşə start verilib.

Sosialmedia.az xəbər verir ki, “Bakı Şəhər Halqası”nda keçirilən sessiya 1 saat davam edəcək.

Sürücülər 3-cü sərbəst yürüş zamanı bolidlərin sazlanmasını yekunlaşdıraraq sıralama turuna hazırlıq görürlər.

Qeyd edək ki, dünən keçirilən 2-ci sərbəst yürüşdə “Mercedes” pilotu Corc Rassell birinci olub. Kimi Antonelli ikinci, Maks Verstappen isə üçüncü yeri tutub.

3-cü sərbəst yürüş başa çatdıqdan sonra saat 16:00-da sıralama turu keçiriləcək. Azərbaycan Qran-prisinin əsas yarışı isə sabah saat 15:00-da başlayacaq.

93 views