2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda pensiya ödənişlərinə ötən ilin eyni dövrü ilə müqayisədə 548 milyon manat çox vəsait yönəldilib.
Sosialmedia.az xəbər verir ki, bu barədə 9 ayın sosial göstəricilərində bildirilib.
Qeyd olunub ki, hesabat dövründə pensiya ödənişlərinə ümumilikdə 5 milyard 874 milyon manat vəsait ayrılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur.
Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda orta aylıq pensiya məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 596 manata çatıb. Yaşa görə orta aylıq pensiya isə 634 manat təşkil edib.
Bildirilib ki, yanvar-sentyabr aylarında 28 min pensiya elektron sistem üzərindən proaktiv qaydada təyin edilib. 2019-cu ilin əvvəlindən elektron pensiya təyinatına başlanıldıqdan sonra bu üsulla təyin olunan pensiyaların ümumi sayı 206 minə çatıb.
120 views
