Sumqayıtlı azyaşlı taekvondoçu çempion olub

Sosialmedia.az–ın əldə etdiyi məlumata görə, Bakıda taekvondo idman növü üzrə 5 ölkənin – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan idmançılarının iştirakı ilə beynəlxalq turnir keçirilib.

Yarışdə mübarizə aparan 9 yaşlı Oktay Mahmudov (27 kq) yarımfinalda özbək, finalda izə azərbaycanlı idmançını məğlub edərək qızıl medal qazanıb.

Qeyd edək ki, Oktay çempionluğa aparan yolda ümumillikdə 6 nəfəri məğlub edib.

3997 views