Milli Məclis küləkli hava şəraitində işçilərin əməyinin təşkili və təhlükəsizlik tədbirləri ilə bağlı Əmək Məcəlləsinə təklif olunan dəyişiklikləri birinci oxunuşda qəbul edib.
Sosialmedia.az xəbər verir ki, qanun layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, küləkli havada açıq iş yerlərində, o cümlədən həmin ərazilərdə yerləşən qurğularda çalışan işçilərə müəyyən edilmiş qaydada fasilələr veriləcək, zəruri hallarda isə iş dayandırılacaq.
Dəyişikliklərdə kranların küləkli hava şəraitində istismarı ilə bağlı məhdudiyyətlər də nəzərdə tutulur. Belə ki, küləyin gücü 6–8 bal olduqda quruda istismar edilən kranlarla işlərin görülməsinə yalnız həmin kranların texniki pasportlarında nəzərdə tutulan hallarda icazə veriləcək.
Küləyin gücü 8 baldan artıq olduqda isə bu kranlarla görülən bütün növ işlər dayandırılacaq.
Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
73 views
