Sosialmedia.az

Azərbaycanda 9 ayda 115 min əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin edilib

Sosialmedia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 115 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

Onlardan 60,6 min nəfərə ambulator, 28,9 min nəfərə isə stasionar və icma əsaslı reabilitasiya xidmətləri göstərilib. Digər şəxslər səyyar və onlayn xidmətlərdən, eləcə də sosial-psixoloji reabilitasiya imkanlarından yararlanıblar.

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi müalicə və bərpa üsulları ilə yanaşı, beynəlxalq təcrübəyə əsaslanan müasir metodlar da tətbiq olunur. Bunlara robotik reabilitasiya, sosial-psixoloji dəstək, yoqa, hippoterapiya və rəqs terapiyası daxildir.

Reabilitasiya xidmətləri stasionar və ambulator formada olmaqla yanaşı, icma əsaslı, telereabilitasiya və səyyar üsullarla da təşkil edilir.

Qeyd edək ki, bu xidmətlər əlilliyi olan şəxslərin sağlamlıq imkanlarının dəstəklənməsinə, sosial həyata inteqrasiyasına və həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.

57 views