Sosialmedia.az xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində pasiyentlərə 75 milyon tibbi xidmət göstərilib.
Bu xidmətlərin 88 faizini ambulator, 12 faizini isə stasionar tibbi xidmətlər təşkil edib.
Hesabat dövründə 4,8 milyondan çox şəxs dövlət tibb müəssisələrinə müraciət edib. Ümumilikdə müraciətlərin sayı 20 milyona çatıb. Müraciət edənlərin təxminən 1,5 milyonu uşaqlar olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk doqquz ayında pasiyentlərin sayı 3,8 faiz, müraciətlərin sayı 8,4 faiz, göstərilən tibbi xidmətlərin sayı isə 9 faiz artıb.
Qeyd edək ki, bu göstəricilər dövlət tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərə tələbatın artdığını nümayiş etdirir.
67 views
