Sosialmedia.az

“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar 18 marşrutun hərəkəti dəyişdiriləcək

Sosialmedia.az xəbər verir ki, UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar bir sıra müntəzəm avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyunla əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Bunlar 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli marşrutlardır.

Dəyişikliyə əsasən, avtobusların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov prospekti və Heydər Əliyev prospekti ilə təşkil ediləcək.

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.

Sərnişinlərə səfərlərini planlaşdırarkən müvəqqəti dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.

39 views