Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1698,8 min ton süd, 1810,7 milyon ədəd yumurta, 14,1 min ton yun və 155,8 ton barama istehsal olunub.
Sosialmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Agentliyi məlumat yayıb.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yumurta istehsalı 1,2 faiz artıb. Süd istehsalı isə 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə dəyişməyərək ötən ilin səviyyəsində qalıb.
Hesabat dövründə yun istehsalı 3,4 faiz, barama istehsalı isə 16,5 faiz azalıb.
Beləliklə, cari ilin ilk doqquz ayında heyvandarlıq məhsulları arasında yumurta istehsalında artım, yun və barama istehsalında isə azalma qeydə alınıb.
41 views
