Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Sosialmedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6 % azdır.
Ölkəmizə gələnlərin 27,1 %-i Rusiya, 19,4 %-i Türkiyə, 7,7 %-i İran, 4,9 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan və digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,8 %-ni kişilər, 33,2 %-ni qadınlar təşkil edib.
Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 6,1 %, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 % artıb. Körfəz ölkələrindən gələnlərin sayında isə 32 % azalma qeydə alınıb.
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı da 1,8 % azalaraq 1 milyon 575,3 min nəfər təşkil edib. Vətəndaşlarımızın ən çox üz tutduğu ölkə Türkiyə olub. Səfərlərin 44 %-i bu ölkəyə, 14,6 %-i Rusiyaya, 13 %-i Gürcüstana, 5,1 %-i İrana, 23,3 %-i isə digər ölkələrə həyata keçirilib
46 views
