Sosialmedia.az

Azərbaycanda ödəniş kartlarının sayı 23,3 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonunda Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, ödəniş kartlarının sayı avqust ayının sonu ilə müqayisədə 414 min ədəd artıb. Ötən ilin sentyabr ayının sonunda ölkədə 21 milyon 368 min ödəniş kartı olub. Beləliklə, illik müqayisədə kartların sayı 2 milyon 20 min ədəd və ya 9,5 faiz artıb.

Hesabat dövrünün sonunda Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı isə 2 milyon 35 min ədəd təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81 min ədəd və ya 3,8 faiz azdır.

Bununla belə, kredit kartlarının sayında aylıq artım qeydə alınıb. Avqustun sonunda 2 milyon 22 min ədəd olan kredit kartlarının sayı sentyabrda 13 min ədəd və ya 0,6 faiz artıb.

Ötən ilin sonu ilə müqayisədə isə kredit kartlarının sayı 42 min ədəd və ya 2 faiz azalıb.

51 views