Hökməliyə gedən 156 və 156A nömrəli avtobuslar yenilənir

Hökməliyə gedən avtobuslar yenilənir – Gedişhaqqı 50 qəpik olacaq

 

Noyabrın 1-dən “Memar Əcəmi” metrostansiyası ilə Hökməli qəsəbəsini birləşdirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənəcək.

 

Sosialmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

 

Bildirilib ki, 156 nömrəli marşrut üzrə 10 ədəd “Isuzu Citibus”, 156A nömrəli marşrut üzrə isə 4 ədəd “Isuzu HC45” markalı müasir avtobus sərnişinlərin xidmətinə veriləcək.

 

Qeyd edək ki, hər iki marşrut üzrə ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 50 qəpik müəyyən edilib

29 views