İlham Əliyev Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

 

Sosialmedia.az xəbər verir ki, dövlət başçısı məktubunda Türkiyə xalqına ən səmimi təbriklərini və xoş arzularını çatdırıb.

 

İlham Əliyev Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından çıxmış dostluq və qardaşlıq tellərinin bağladığını vurğulayıb. O, 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

 

Prezident məktubunda Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, xoşbəxtlik və dövlətçilik fəaliyyətində uğurlar, qardaş Türkiyəyə və onun xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.

 

 

28 views