Sosialmedia.az

Azərbaycanda xüsusi şərtlərlə pensiya alanların sayı açıqlanıb

Bu ilin oktyabr ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 963 nəfər təşkil edib.

Sosialmedia.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, xüsusi şərtlərlə əmək pensiyası alanların 116 561 nəfəri yaşa, 12 184 nəfəri əlilliyə, 23 218 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

Beləliklə, oktyabr ayı üzrə xüsusi şərtlərlə pensiya alanların böyük əksəriyyətini yaşa görə əmək pensiyası alanlar təşkil edib.

 

27 views