Sosialmedia.az

Bakının iki rayonunda suyun verilişində fasilə olacaq

Noyabrın 25-də magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı gün ərzində Bakının Səbail və Yasamal rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.

Sosialmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” QSC məlumat yayıb.

Məlumata əsasən, suyun əvvəlki rejimlə verilməsi noyabrın 26-da səhər saatlarında bərpa olunacaq.

69 views