Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin (ƏSMİD) üzvü Reyhan İsgəndərlinin qəfil vəfatı birlik üzvlərini dərindən kədərləndirib.
Onun vaxtsız vəfatı ailəsi, doğmaları, yaxınları və birliyin bütün üzvləri üçün ağır itkidir. Reyhan xanımın səmimiyyəti, mehriban münasibəti və birlikdə yaşanan xoş xatirələri onu tanıyanların yaddaşında daim yaşayacaq.
Bəzən sözlər insanın yoxluğundan sonra yaranan boşluğu ifadə etməyə kifayət etmir. Onun itkisi hər birimiz üçün böyük üzüntüdür.
ƏSMİD İctimai Birliyi adından Reyhan İsgəndərlinin ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, bu ağır itki ilə əlaqədar onlara səbir və dözüm diləyirik.
Allah rəhmət eləsin! Məkanı cənnət, ruhu şad olsun!
22 views
