Sosialmedia.az xəbər verir ki , sentyabrın 16-sı Biləcəri qəsəbəsində “KamAZ” markalı yük maşını hərəkətdə olarkən qapısı açılaraq yol kənarındakı piyadaya dəyib.
Nəticədə piyada Kəmalə Novruz qızı Rəhmanova ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Tibbi yardıma baxmayaraq o, oktyabrın 13-ü Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Faktla bağlı Binqədi RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
195 views