Sosialmedia.az

İlham Əliyev: Azərbaycan bütün növ enerji resurslarını istehsal və ixrac edir

Azərbaycan dünya miqyasında bütün növ enerji resurslarını istehsal edən, hasil edən və ixrac edən nadir ölkələrdən biridir.

Sosialmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın ixrac etdiyi əsas enerji resurslarına xam neft, neft məhsulları, təbii qaz və elektrik enerjisi daxildir.

Prezident, həmçinin qeyd edib ki, ölkədə neft-kimya məhsulları və gübrələr də istehsal olunur. Bu məhsulların istehsalında isə əsas mənbə enerji resurslarıdır.

84 views