Sosialmedia.az

Azərbaycanda sosial müdafiə və təminat xərcləri artırılır: Rəqəm açıqlandı

Azərbaycanda 2027-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 913 milyon 986 min manat vəsait ayrılması nəzərdə tutulur.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Layihəyə əsasən, gələn il sosial müdafiə və sosial təminat xərclərinin 2026-cı ilin təsdiqlənmiş göstəricisi ilə müqayisədə 41 milyon 28 min manat və ya 0,8 faiz artırılması planlaşdırılır. Belə ki, 2026-cı ilin dövlət büdcəsində bu məqsədlər üçün 4 milyard 872 milyon 958 min manat vəsait təsdiq edilib.

2027-ci ildə sosial müdafiə üzrə 537 milyon 955 min manat, sosial müdafiə və sosial təminat sahələrinə aid digər müəssisə və tədbirlər üzrə isə 4 milyard 375 milyon 636 min manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin 1,7 milyard manatdan 1,6 milyard manata endirilməsi planlaşdırılır.

47 views