2027-ci ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna 1 milyard 100 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Sosialmedia.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.
Məlumata görə, əvvəlki ilin büdcə layihəsində İcbari Tibbi Sığorta Fonduna ayrılması nəzərdə tutulan vəsaitin həcmi 900 milyon manat təşkil edib.
Qeyd edək ki, 2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır.
35 views
