Sosialmedia.az

“Könüllü DOST” proqramına 9 ayda 30 min müraciət daxil olub

“Könüllü DOST” proqramına 2026-cı ilin yanvar-sentyabr aylarında 30 min müraciət daxil olub, 1106 nəfər proqrama cəlb edilib.

Sosialmedia.az xəbər verir ki, Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayan proqram müxtəlif yaş qruplarını və fərqli imkanlara malik şəxsləri əhatə edir.

Proqram çərçivəsində “Gənc DOST”, “Gümüşü DOST”, “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST”, “DigiDOST” və “TeleDOST” altproqramları fəaliyyət göstərir.

Könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, müvafiq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının və növbələrin idarə olunması, məlumatlandırma, eləcə də elektron sistemlərdən istifadə ilə bağlı dəstək göstərirlər.

Onlar dövlət sosial xidmətlərinin “bir pəncərə” prinsipi əsasında, vətəndaş məmnunluğu nəzərə alınmaqla təqdim edilməsinə töhfə verirlər.

“Könüllü DOST” proqramı iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə qazanmalarına, işgüzar bacarıqlarını inkişaf etdirmələrinə və gələcək karyeraları üçün ilkin təcrübə əldə etmələrinə imkan yaradır.

57 views