Sosialmedia.az

Sabah Bakıda yağış yağacaq? – HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sosialmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 13-15, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Şərq rayonlarının bəzilərində yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 12-15, gündüz 18-21 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 0-5, gündüz 5-9 dərəcə isti gözlənilir.

50 views