Qonşu ölkədə siqaret və araq bahalaşır

Türkiyədə siqaret və alkoqollu içkilər bahalaşacaq – Yeni qiymətlər açıqlanır

 

Türkiyədə siqaret və alkoqollu içkilərin qiymətində yeni artım gözlənilir.

 

Sosialmedia.az xəbər verir ki, Tekel Bayiləri Yardımlaşma Dərnəyinin (TBYD) sədri Erol Dündarın açıqlamasına görə, dekabrın 1-dən siqaret qutularının qiymətinin 5-10 türk lirəsi arasında artırılması nəzərdə tutulur.

 

Bildirilib ki, qiymət artımı marka və istehsalçı şirkətdən asılı olaraq dəyişəcək.

 

Bununla yanaşı, araq, pivə, viski və digər alkoqollu içkilərin qiymətində də 10-15 faiz bahalaşma gözlənilir.

 

Qeyd edək ki, hələlik istehsalçı şirkətlər yeni qiymət siyahılarını rəsmi şəkildə açıqlamayıb. Yeni tariflərin dekabrın 1-dən dəqiqləşəcəyi bildirilir

31 views