Sosialmedia.az

ƏƏSMN-in elektron xidmətlərinə 10 ayda 5,5 milyon müraciət daxil olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidmətlərinə 2026-cı ilin yanvar-oktyabr aylarında 5,5 milyon müraciət daxil olub.

Sosialmedia.az xəbər verir ki, qeyd olunan dövrdə 243 min təyinat elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. Həmçinin əmək, məşğulluq və sosial müdafiə sahələri üzrə 652 min elektron arayış təqdim olunub.

Son illərdə sosial sahədə həyata keçirilən genişmiqyaslı elektronlaşma proqramı nəticəsində nazirliyin xidmətlərinin 90 faizi elektron qaydada göstərilir.

Hazırda nazirliyin elektron sistemləri 80-dək dövlət qurumunun informasiya bazaları ilə inteqrasiya olunub.

Bildirilib ki, həmin qurumlardan daxil olan sorğular da nəzərə alınmaqla, 2026-cı ilin yanvar-oktyabr aylarında ƏƏSMN-in elektron sistemləri üzərindən ümumilikdə 361 milyon sorğu, müraciət və xidmət əməliyyatı həyata keçirilib.

72 views