Sosialmedia.az

Noyabr ayının birdəfəlik müavinətləri ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən noyabr ayının birinci yarısı üzrə birdəfəlik müavinətlərin ödənişi yekunlaşdırılıb.

Sosialmedia.az xəbər verir ki, bu gün ölkə üzrə dəfn üçün, uşağın anadan olmasına görə, eləcə də cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətlər ödənilib.

Qeyd edək ki, noyabrın 6-da Naxçıvan Muxtar Respublikası üzrə, noyabrın 13-də isə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə noyabr ayının pensiya ödənişləri həyata keçirilib.

63 views