SDU işçi axtarır – TƏLƏBLƏR

Sumqayıt Dövlət Universitetində (SDU) Bədii yaradıcılıq sektorunun müdiri vəzifəsi üzrə vakansiya elan olunub.

Sosialmedia.az xəbər verir ki, vakansiya universitetin mədəni həyatının zənginləşdirilməsi, tələbələrin yaradıcı potensialının inkişafı və bədii yaradıcılıq fəaliyyətinin təşkili məqsədilə elan edilib.

Namizədlər üçün tələblər:

– Ali təhsil (humanitar, incəsənət və ya uyğun sahələr üzrə);
– Mədəni-kütləvi tədbirlərin təşkili sahəsində ən azı 5 il iş təcrübəsi;
– Bədii yaradıcılıq və səhnə fəaliyyəti üzrə bilik və bacarıqlar;
– Liderlik, təşkilatçılıq və komanda idarəetmə bacarıqları;
– Yaradıcı layihələrin hazırlanması və həyata keçirilməsi təcrübəsi;
– Tələbələrlə işləmək və onların yaradıcılıq potensialını inkişaf etdirmək bacarığı.

Namizədlər CV-lərini hr@sdu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Mailin mövzu hissəsində  “Bədii yaradıcılıq sektorunun müdiri” qeyd olunmalıdır.

Son müraciət tarixi 7 dekabrdır.

Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

32 views