Bakının bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq-Özəl

Sosialmedia.az xəbər verir ki,  Nərimanov rayonunun A.Heydərov və Ə.Əliyev küçələrinin kəsişməsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə aprelin 21-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Ağa Neymətulla, A.Heydərov, O.Əliyev, M.Nağıyev, Daş karxanası, Aşıq Pəri, Y.Nəsirov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

28 views