Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyi ilə Muasir Gənclik və Sosial İnkişaf İcitimayi Birliyi Goranboy rayonunda
«Regionların Sosial İqtisadi İnkişafında Gənclər üçün Sosial Sahibkarlıq Məktəbi » mövzusunda layihə həyata keçirmişdir.
Tədbirdə İctimai Birliyin Sədri E.Əsədov çıxışında bildirmişdir ki, Regionların Sosial – İqtisadi İnkişafında Sosial Sahibkarlıq məktəbinin yaradılması və gənclər arasında sosial-iqtisadi vəziyyətə, sahibkarlıq, xüsusilə də sosial sahibkarlıq imkanlarına dair monitorinqlərin keçirilməsini, gənc sahibkarlar arasında sosioloji sorğuların aparılması, innovativ təşəbbüsləri və sosial sahibkarlığı nəzərdə tutan biznes təlim sessiyalarının keçirilməsi, sosial sahibkarlığın PR işinin təşkili və gələcək davamlılıq baxımından regionların gənc sahibkarları üçün informasiya portalının qurulmasını, yerli biznes qurumlarının, hökumət strukturlarının və qeyri-hökumət
təşkilatlarının (əsasən gənclərlə işləyən QHT) birgə iştirak və əməkdaşlığını nəzərdə tutan Şəbəkənin (Biznes+Hökumət+QHT) qurulması ilə həyata keçirilməsi nəzərdə tutulub.
Sonra isə lahiyənin təlimçisi İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Pərviz Rüstəmov çıxışında bildirmişdir ki, layihə fəaliyyətində həmçinin regionların gənc sahibkarlarının İT sahəsində zəruri bilik və bacarıqlarının artırılması,geniş profilli sosial reklam işinin təşkili, plakatların hazırlanması, ictimai fəal yerlərdə yerləşdirilməsi, regionların gənc sahibkarları üçün “Sosial sahibkarlıq Məktəbi ” kitabçasının hazırlanması, yayımı, digər maraqlı nəşr materiallarının paylanması və mass-mediada və regional TV-də sosial sahibkarlıq fəaliyyətinə dair təbliğati, ictimai maarifləndirmə proqramlarının hazırlanması və yayımı həyata keçiriləcəkdir.tədbir sonunda qarşılıqlı sual və
cavablarla yekunlaşdı.
45 views