Sosialmedia.az

Benzin və dizellə bağlı YENİ QAYDA

Azərbaycanda Yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiq olunması nəzərdə tutulub.

Sosialmedia.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Qanun layihəsinə əsasən, daxili istehsal və idxal olunan yanacaq məhsullarına tədarük, daşınma və satış mərhələlərində vergitutma və dövriyyə üzrə zəncirboyu nəzarətin təmin edilməsi məqsədilə, beynəlxalq təcrübəyə uyğun olaraq yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiqi təklif olunur.

Belə ki, ölkə ərazisində istehsal edilən və ya ölkəyə idxal olunan kimyəvi nişanlama ilə nişanlanmalı olan malların siyahısını, onların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi, həmçinin kimyəvi nişanlamanın tətbiqi, satışı və uçotunun aparılması qaydalarını Nazirlər Kabinetinin müəyyən etməsi nəzərdə tutulur.

Sözügedən qaydalara görə Aİ-92 markalı benzin və dizel yanacağı növlərinin kimyəvi nişanlanması təklif edilir

14 views