Azərbaycanda 2027-ci il üçün yaşayış minimumunun 14 manat artırılması nəzərdə tutulur.
Sosialmedia.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, gələn il yaşayış minimumu ölkə üzrə 314 manat müəyyən ediləcək. Bu, 2026-cı illə müqayisədə 14 manat və ya 4,6 faiz artım deməkdir.
Əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat olması təklif edilir.
Qeyd edək ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat müəyyən edilib.
22 views
