Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb-Özəl

Sosialmedia. az xəbər verir ki , avqust ayının 5-də saat 19:32-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqram 630 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

621 views