Şağan Reabilitasiya Pansionatına infotur teskil olundu

Sosialmedia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatına vətəndaş cəmiyyəti institutları nümayəndələrinin infoturu təşkil olunub.

 

Son illərdə sosial sahədə həyata keçirilən islahatlar sözün əsl mənasında nəticəyönümlülüyü ilə fərqlənir. Bu islahatların ən həssas istiqamətlərindən biri olan reabilitasiya sahəsində də əhəmiyyətli nailiyyətlər əldə olunub.

 

Belə ki, görülən işlər nəticəsində reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 2018-ci ildəki 11,9 mindən 10,4 dəfə artaraq, 2024-cü ildə 123,3 min nəfərə çatıb. Şəffaflığın təmin olunması nəticəsində reabilitasiya müəssisələrində yerlərin doluluğunu da izləmək mümkündür.

 

İnfotur zamanı mərkəzdə reabilitasiya alan şəxslərlə söhbətlər aparıldı. Onlar göstərilən xidmətlərdən məmnun olduqlarını bildirdilər. Yeni avadanlıqlar, fərdi yanaşma və digər müsbət məqamlar xüsusi vurğulandı.

 

Pansionatın kollektivi daha yüksək imkanlar və resursların yaradılması istiqamətində əzmlə fəaliyyət göstərir. Qeyd edək ki, bu sahədə xidmətlərdən məmnunluq göstəricisi hazırda 92,7%-dir.

371 views