Sosialmedia.az

Reabilitasiya müəssisələrində 27 mindən çox uşağa xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində 2026-cı ilin yanvar-iyul aylarında 27 345 uşağa müxtəlif xidmətlər göstərilib.

Sosialmedia.az xəbər verir ki, onlardan 1 317-si əlilliyi olan uşaq stasionar, 16 442-si isə ambulator reabilitasiya xidmətlərinə cəlb olunub. Digər uşaqlara isə icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətləri göstərilib.

Əlilliyi olan uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, həmçinin Qəbələ və Şəmkir Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin olunurlar.

226 views