Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir.
Sosialmedia.az Metbuat.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayır.
Zirvə toplantısında Asiya ölkələri arasında əməkdaşlıq, regional təhlükəsizlik və etimadın möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi gözlənilir.



