Azərbaycanda oktyabr ayı üzrə bütün pensiyaların ödənilməsi başa çatıb.
Sosialmedia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikasında, oktyabrın 14-də isə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar ödənilib.
Bu gün ölkənin digər bölgələrində qeydiyyatda olan şəxslərin oktyabr ayı üzrə pensiyaları da ödənilib. Həmçinin güzəştli şərtlərlə təyin edilmiş pensiyaların ödənişi həyata keçirilib.
Beləliklə, respublika üzrə oktyabr ayının pensiya ödənişləri tam yekunlaşdırılıb.
38 views
