Sosialmedia.az

Bu ilin 9 ayında 37 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 37 613 uşağa reabilitasiya xidmətləri göstərilib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, xidmət göstərilən uşaqlardan əlilliyi olan 1 746 nəfəri stasionar, 22 457 nəfəri isə ambulator reabilitasiya xidmətlərinə cəlb olunub. Digər uşaqlara icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətləri göstərilib.

Əlilliyi olan uşaqların reabilitasiya xidmətləri ilə təmin olunması məqsədilə Agentliyin Bakı şəhərində yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzləri, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir.

Bu müəssisələrdə uşaqların reabilitasiyasına, sosial adaptasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilir

47 views