Sosialmedia.az

Azərbaycanda sosial müavinət və təqaüd alanların sayı açıqlanıb

Bu ilin sentyabr ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların ümumi sayı 885 951 nəfər təşkil edib.

Sosialmedia.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Məlumata görə, həmin şəxslərdən 478 354 nəfəri aylıq sosial müavinət, 407 597 nəfəri isə təqaüd alıb.

Beləliklə, sentyabr ayı üzrə sosial müavinət və təqaüd alanların ümumi sayının yarıdan çoxunu aylıq sosial müavinət alanlar təşkil edib.

68 views